Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Yanvar 2015

Putin neftə əncam çəkir

Rusiya prezidenti Vladimir Putin Venesuela prezidenti Nikolas Maduro ilə danışıqlar aparacaq. Bu məqsədlə N.Maduro sabah Moskvaya işgüzar səfərə gələcək.

TASS-ın verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, belə səfər və görüş cümə axşamına planlaşdırılıb. İlk növbədə ikitərəfli Rusiya-Venesuela münasibətləri haqqında söhbət gedəcək, həmçinin energetika, bank-maliyyə sahələrində konkret layihələrlə bağlı müzakirələr aparılacaq.

Onun sözlərinə görə, müzakirələr arasında dünyanın neft bazarındakı vəziyyət və digər aktual məsələlər xüsusi yer tutacaq.

Xatırladaq, keçən həftə N.Maduro OPEK-in bir neçə üzv dövlətinə, o cümlədən Çinə səfəri zamanı deyib ki, Səudiyyə Ərəbistanını, Qətər, İran, Əlcəzair və Çin ilə əlaqələrimizin əsas məqsədi dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün səylərimizi ən yüksək səviyyədə davam etdirməkdir.
877 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:36