Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

15 yanvarda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Yanvarın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacağı gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 2-5, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa düşəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Yanvarın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında isə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 9-14 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
785 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı