Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

Türkiyədə daha bir qəzet hücuma məruz qaldı

Türkiyədə daha bir qəzet hücuma məruz qalıb. Naməlum şəxslər hücum edərək “Yeni Akit” qəzetinin redaksiyasına girməyə cəhd ediblər. Onların qarşısını almağa çalışan qəzetin təhlükəsizlik xidməti söyüşə və təhqirə məruz qalıblar. Milliyyətçi Hərəkat Partiyasının (MHP) üzvləri olduğu bildirilən hücumçular redaksiyanın və qəzet əməkdaşlarına aid avtomobillərin şüşələrini daşlayaraq sındırıblar. Hadisə yerinə cəlb olunan polis qüvvələri hücumun qarşısını alıblar.

Qeyd edək ki, ötən gün Türkiyədə nəşr olunan “Cumhuriyet” qəzeti İslam peyğəmbərini təhqir edən karikaturaları dərc etdiyi üçün hücuma məruz qalmışdı.

Radikal dindar fikirləriilə bilinən “Yeni Akit” qəzetinin hücuma məruz qalmasının səbəbləri isə hələlik məlum deyil./ans/
682 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı