Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Mursiyə dəstək üçün “ağ paltar” kampaniyası

Misirdə hal-hazırki hökumət əleyhdarları Mursiyə dəstək üçün “ağ paltar” kampaniyası keçirir.

“Axar.az”ın xəbərinə görə, Mursinin oğlu Üsamə Mursinin atasının həbsxanada ön və yan profildən ağ köynəkdə çəkilərək mətbuata sızdırılan şəkillərini “feysbuk” hesabında yerləşdirməsi ilə başlayan kampaniya böyük dəstək görüb. Belə ki, Mursi tərəfdarları sosial şəbəkədə ağ geyimdə yan və ön hissədən şəkil çəkdirməklə paylaşım ediblər. Yaxın zamanda bu kampaniyanın 1 milyon insanı əhatə edəcəyi bildirilir.

Daha sonra isə bununla bağlı etiraz aksiyasının keçiriləcəyi gözlənilir.

Kampaniyada iştirak edənlərdən Əhməd Əli deyib ki, başlatdığımız kampaniyayla hörmətli Respublika prezidenti Məhəmməd Mursiyə dəstək olmağa davam edəcəyik. Çünki onu prezident olaraq biz seçmişik.

Xatırladaq ki, Mursi Prezident sarayı qarşısında keçirilən aksiya zamanı nümayişçiləri öldürməyə yönəlik addımların atılmasında
1999 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber