Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

Badamın min bir faydası

Çoxumuzun böyük iştahla yediyi və dadından doya bilmədiyimiz quru meyvələrdən biri də badamdır. Kalsium, fosfor, sink, dəmir, maqnezium, kalium, A, B, C və E vitaminləri ehtiva edən badam sağlamlığın dostudur. Şirin və acı olmaqla badamın iki növü var. 

Badam ürək və damarın ən yaxın  dostudur. Lakin  yağ və ya duzla qovrulmamış halda badam ürək sağlamlığının qoruyucusu ola bilər. Hər gün 42 qram (bir ovuc) badam və fındıq yeməklə ürək xəstəliyi riskini azalda bilərsiniz. Bu meyvə orqanizmi xərçəng və infarkt kimi xəstəliklərə qarşı müdafiə edir. Bədən müqavimətinin artmasında, yaraların yaxşılaşmasında çox faydalıdır.

Badam stressə qarşı mübarizədə də insanın yaxın dostudur. Hər gün bir ovuc badam yeməklə insan sinir sistemini gücləndirir, bütün mənfi təsirlərdən qoruyur. Bir çox araşdırmaların nəticələri göstərir ki, mütəmadi badam istehlak edənlərin beyin hüceyrələri daha gec yaşlanır.

Badam qan laxtalanmasının və damar sərtliyinin qarşısını alır. Təzyiqi aşağı salır, şəkər xəstələrində riski azaldır. Qanda şəkərin səviyyəsini tənzimləyər.

Tərkibindəki kalsium xolesterolun səviyyəsini aşağı salır və sümük əriməsini əngəlləyir.

Ehtiva etdiyi maqnezium qarında qaz, baş ağrısı, şəkərli və şirin qidalara istək, yuxusuzluq, yorğunluq və baş gicəllənməsi kimi halların qarşısını alır. Aparılan araşdırmalarda badamın toxluq hissi verərək yemək yemə istəyini azaltdığı da təsdiq edilib. Pəhriz saxlayanlar badam yeməklə düşən qan təzyiqini tənzimləyə və aclığa qalib gələ bilər.

Badam hamilələr və süd verən analar üçün də əvəzedilməz qidadır. Belə ki, badam yeyən hamilə qadınlarda döl başqalarına nisbətən daha yaxşı inkişaf edir, süd verən anaların isə südü bol olur. 

Fiziki və zehni yorğunluğa müsbət təsiri var.

Cinsi zəifliyin aradan qaldırmasında çox faydalıdır. Həmçinin sidik yolları və cinsi orqanlardakı iltihabları yaxşılaşdırmaq xüsusiyyəti var.

Acı badam öskürək kəsici təsirə malik olsa da, çox yeyiləndə zəhərlənməyə səbəb ola bilər.

Şirin badam yağının faydaları:

Badam yağı quru dəri üçün əsl qidalandırıcı olduğu üçün dəri baxımında, saç və dırnaqlara qulluqda geniş istifadə olunur. Şirin badam yağı dərini təravətləndirir və nəmliyini qoruyur, saçları qidalandırır. Ekzema qaşınmasını azaldır.

Saçlarımız ağarmağa başlayıbsa, mütləq badam yeməyə başlamalısınız. Çünki badamın tərkibindəki fermentlər  saçların ağarmasına səbəb olan amillərə mənfi təsir edir.

Badam yağı həm də həzm sistemini yaxşılaşdırır.

Badam yağı burun quruluğunun da çarəsidir.  Uşaqlarınız və ya siz bu narahatlıqdan xilas olmaq üçün gündə iki-üç dəfə bir-iki damla badam yağını burnunuza damcılatmaqla bu problemdən xilas ola bilərsiniz.

Tez-tez dodaqlarının çatlamasından narahat olanlar da gün ərzində bir- iki damcı badam yağı istifadə etməlidir.

Badam yağının ağrıkəsici xüsusiyyəti də varmış. Belə ki, baş və miqren ağrılarına da yaxşı təsir etdiyi aparılan araşdırmalarla sübut olunub.

Acı badam yağı böyrəkləri təmizləyir, böyrək iltihabını aradan qaldırır və böyrək qumlarını tökür. Böyrək, sidik yolları və cinsi orqanlardakı iltihabları yaxşılaşdırır. Böyrək ağrılarını yüngülləşdirir.

Səhər ac qarnına içilən bir çay qaşığı badam yağı bağırsaq hərəkətlərinin yaxşılaşmasına yardımçı olur. Badam yağı qəbizliyin də qarşısını alır.

Soyuqdəymə və bronxitə yaxşı təsir edir.

823 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:41