Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

Hindistanın Qanq çayında yüzdən çox naməlum meyit aşkarlanıb

Hindistanın Qanq çayından tapılan naməlum insan cəsədlərinin sayı 104-ə çatıb.

İnterAz "Sputnik"-ə istinadən xəbər verir ki, yerli polis həmin cəsədlərin onların qohumları tərəfindən çaya atıldıqlarını bildirir. Polis orqanlarının ehtimalına görə, həmin əhali hind ənənələrinə uyğun olaraq ölülərini yandıra bilmədikləri üçün çaya atırlar. Bunu Hindistanın "The Hindu" qəzeti yazıb.

Polis müfəttişi general Satiş Qaneş hadisəylə bağlı bildirib ki, yerli sakinlərlə aparılan danışıqlar zamanı aydın olub ki, bəzi yerli camaat vəfat etmiş subay qızlarını yandırmaq əvəzinə onların meyitini Qanq çayına atırlar. Lakin, sudan çıxarılan meyitlərin əksəriyyəti yararsız halda olduğu üçün onların cinsini müəyyənləşdirmək mümkün olmayıb.

Bildirək ki, Qanq çayında ənənəvi "Makar Sankranti" festivalı keçirilərkən çaya girən əhali arasında meyitləri gördükləri üçün panika yaşanıb.

Polis rəsmilərindən general A.K. Qupta istintaq yekunlaşdıqdan sonra hadisənin motivlərinin açıqlanacağını bildirib.
706 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59