Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

Paris qətliamı ilə bağlı ilginc məlumat

“Əl-Qaidə” terror təşkilatı Parisdə “Charlie Hebdo” satirik jurnalına hücum edən Kuaşi qardaşlarından birinin hesabına 20 min dollar vəsait yatırıb.

Bu barədə ABŞ-ın “ABC” telekanalı terrorla mübarizə üzrə mütəxəssislərə istinadən xəbər verir.

Telekanalın sözlərinə görə, jurnala hücum edən qardaşlardan biri üç il əvvəl pul vəsaiti alıb. Son zamanlar isə Paris terrorçuları və “Əl-Qaidə”nin Yəmən qolu arasında əlaqə olmayıb. Bu isə Kuaşi qardaşlarının terror aktından əvvəl maliyyələşdirildiyini göstərir.

Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Bu arada yanvarın 8-i naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb./azvision/
655 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:39