Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

Suriyada İŞİD-ə qoşulan 4 Kanada vətəndaşı ölüb

Suriyada son dövrlərdə “İslam Dövləti” (İŞİD) terror təşkilatına qoşulan ən azı dörd Kanada vətəndaşı ölüb.

TASS-ın verdiyi xəbərə görə, bu barədə ötən gün yerli KİV məlumat yayıb.

Məlumata əsasən, Suriyanın şimalında ötən ilin sonunda xüsusi videomüraciətlə həmvətənlərindən olan İŞİD tərəfdarlarını Vətənlərində terror aktı törətməyə çağıran 23 yaşlı Kanada vətəndaşı Con Maquayr öldürülüb. Ontario əyalətində yaşayan və Ottava universitetində təhsil alan Maquayr Kanadanı 2014-cü ildə tərk edərək İŞİD-ə qoşulub.

Bundan başqa, Suriyada Somali əsilli üç Edmonton sakini öldürülüb. Mahad Hirsi, Hamsa Kariy və Hersi Kariy adlı bu şəxslər isə Kanadanı 2013-cü ildə tərk ediblər. Onların yaşları 20-dən bir az çox olub./SalamNews/
699 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...