Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

Maduro Rusiyaya gəldi

Dünya bazarında neftin qiymətini bərpa etməyə çalışan Venesuela prezidenti Nikolas Madura bu gün Rusiyaya gəlir.

Bu barədə məlumat Kreml rəhbərinin rəsmi saytında yerləşdirilib. Verilən məlumatda Madura ilə Putin arasında ikitərəfli əlaqələr, siyasi-ticari münasibətlərin genişləndirilməsi və təbii ki, dünya bazarında neft qiymətlərinin tənzimlənməsi məsələsi müzakirə ediləcək.

Xatırladaq ki, dövlət büdcəsi 95 faiz neft və qazdan asılı olan Venesuela dövlətinin başçısı Nikolas Madura neftin qiymətini tənzimləmək üçün dünya turuna çıxıb. İran, Səudiyyə Ərəbistanı, Qətər və Küveytin ardınca Rusiyaya üz tutan Madura dünya iqtisadiyyatına, xüsusilə neft ixracatçılarına dəyəcək böyük zərbə səbəbindən danışıqlar aparır və qiymətlərin tənzimlənməsi üçün cəhdlər edir.

Xüsusilə vurğulayaq ki, İran və Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərdən sonra ruhlanan Madura hazırda dünyanın ən böyük neft ixracatçısı statusu qazanan Rusiyaya üz tutub. Bu neft nəhənglərinin yekdil qərar verəcəyi təqdirdə neft qiymətlərinin nizamlanacağı ehtimalı çox böyükdür./axar/
647 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı