Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam aleykum, günorta namazlarında bilərəkdən qiyam, rüku, səcdə halında namazın sözlərini uca səslə demək namazı batil edirmi? Və sübh, şam, xiftən namazlarının qəzalarını da uca səsle qılmaq lazımdır?? Qəza olmas belə məsələn 1saat namazı gecikdirmişdir yenə də səsli qılmalıdır?
Ad: Museyib, Ölkə:Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:

Bismillahir-rəhmanır-rəhim
1. Namazın astadan və ya ucadan oxunması hökmü yalnız namazın qiraətinə, yəni Həmd və surəyə aiddir. Ondan başqa hissələrinin məsələn, rüku və səcdələrin zikrləri, təşəhhüd, salam və s. ucadan, yaxud astadan oxumaq arasında bir fərq yoxdur, istər bilərəkdən olsun, istərsə də bilmədən.
Lakin namazın 3 və 4-cü rəkətlərində təsbihati-ərbəə astadan oxunmalıdır.
2. Sübh, məğrib və işa kimi qiraəti ucadan oxunması lazım olan namazların qəzasının da qiraəti ucadan oxunmalıdır. (Namaz gecikdirildiyi surətdə də hökmbelədir.)

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

848 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:09