Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

"Peyğəmbərə hörmətsizlik edən gorbagor oldu"

İranda tanınmış qəzetlərdən biri Fransada karikaturaçılara hücumu alqışlayıb

İranda “Hizbullah yardımçıları” adlanan təşkilat Fransada Məhəmməd peyğəmbərlə (s.ə.s.) bağlı karikatura çəkən “Cherli Hebdo” jurnalının redaksiyasına hücumu alqışlayıb.

Bu barədə İnterAz İranın “Hizbullah yardımçıları” təşkilatının rəsmi saytı “yalasarat.com”a istinadla məlumat verir. Təşkilat “Cherli Hebdo” jurnalının redaksiyasına hücumunu onlara verilən qanuni cəza kimi qiymətləndirib.

Təşkilat rəsmi saytında bu şeri dərc edib:

“Bu il bahar günləri daha çox nurani oldu,
Peyğəmbərə hörmətsizlik edən gorbagor oldu
Məhəmməd ümmətinə sonsuz təbriklər oldu”.

Qeyd edək ki, sözügedən təşkilat İranda siyasi fəaliyyət aparsa da rəsmi dövlət təşkilatı deyil. İran xarici işlər nazirliyi ötən həftə verdiyi bəyanatda "Charlie Hebdo”un redaksiyasına hücumu pisləmişdi və bununla yanaşı Avropa dövlətlərini, söz azadlığından istifadə edərək digər dinlərin müqəddəslərini təhqir etməkdən çəkindirmişdi.
861 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16,