Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

Su kanallarından 60 cəsəd çıxarılıb - İngiltərə

İngiltərənin Mançester şəhərində əhali arasında silsilə qətl qorxusu yaşanır. Belə ki, son altı il ərzində şəhərin su hövzələrində 60 cəsəd aşkarlanıb.

İnterAz-ın "RT"-yə istinadən məlumatına görə, əhali arasında "Puşer" adlı manyak qatilin gizli qətlləri barədə şayiələr dolaşmaqdadır. Belə ki, əhalinin fikrincə həmin qatil qətlə yetirdiyi qurbanlarını Mançesterin müxtəlif su sahələri atır. Lakin, sakinlər arasında bu ehtimala inanmayanlar da var.

2010-cu ilin avqustundan 2012-ci ilin avqustuna qədər Britaniyanın su hövzələrində tapılan cəsədlərin hər üçü məhz Böyük Mançester metropoliteni ətrafında aşkar edilib. 2008-ci ildən indiyə kimi Mançesterin su kanallarından tam 60 cəsəd aşkarlanıb. Digər 20 cəsəd isə ətraf çaylardan tapılıb.

Şübhəli qətlləri araşdıran Birmingem universitetinin psixoloqu Kreyq Cekson hadisənin silsilə qətllər törədən manyak qatillə əlaqəli olduğunu iddia edir. Böyük Mançesterin şəhər polisi isə bu hadisələrin əksəriyyətinin intihar olduğu qənaətindədir. Şəhər polis idarəsinin dünən yayımlanan rəsmi açıqlamasında deyilir ki, aşkar edilən cəsədlərin arxasında müxtəlif cinayət motivləri dayanır və onların arasında heç bir uyğunluq yoxdur.

İntihar psixologiyasını tədqiq edən və polisin açıqlamasını rədd edən psixoloqun fikrincə intihar edənlər nadir hallarda su kanalını seçirlər. O, bu faktların inthar hadisəsi olmadığını təkid edir.

Cəsədi aşkar edilən 18 yaşlı Suvik Pal sonuncu dəfə naməlum bir şəxslə kanalın kənarıylə hərəkət etdiyi görülüb. Onun ölümünün istintaqı zamanı isə həmin şəxs barədə he bir məlumat əldə edilməyib.

Mütəmadi olaraq meyitlərin tapıldığı su kanalının yaxınlığında cinsi azlıqlara aid bir gecə klubunun işçiləri qətllərin kiminsə tərəfindən törədildiyinə inandıqlarını bildiriblər. Aşkar edilən meyitlərin cinsi azlıq nümayəndələrinə aid olması səbəbindən həmin məntəqədə naməlum qatil "cinzi azlıq qənimi" ləqəbilə məşhurlaşıb.

Bildirək ki, şəhər polisi cinayətlərin araşdırılmasında həmin psixoloqla əməkdaşlıq etmək üçün ona xüsusi müraciət ünvanlayıb.
790 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...