Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

İranda benzin sudan ucuzdur

Qara qızılın qiymətinin dünya bazarlarında sürətlə ucuzlaşması İranda maraqlı vəziyyət yaradıb. İranda benzinin qiyməti sudan belə ucuz olub.

Belə ki, bu ölkədə içməli suyun 1,5 litri 0,29 dollara satılır. Bir litrlik benzin isə 0,27 dollara düşüb.

"Mehr" xəbər agentliyinin məlumatına görə, dünya bazarında neftin qiyməti son 6 ildə ən aşağı səviyyəyə çatıb. Belə ki, qara qızıl dəyəri 45 dolara kimi düşüb.

Hələ ötən ilin iyun ayında neftin qiyməti özünün rekord göstəricilərindən birinə çatmışdı. Bareli 115 dollara olan neft bir necə ay sonra 50 dollardan belə aşağı düşüb.
770 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber