Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2015

“Putin savaş üçün bəhanə axtarır”

“Ukraynanın kütləvi hücumu Rusiyanın bizim ölkəyə qarşı genişmiqyaslı müharibəyə başlaması üçün bəhanə ola bilər”.

Bu açıqlama ilə Ukrayna Silahlı Qüvvələrinin Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri general Nikolay Malomuj çıxış edib.

O, artıq Rusiyanın bunun üçün xırda bəhanə axtardığını bildirib:

“Onlar Təhlükəsizlik Şurasında yeni doktrina qəbul ediblər ki, rusdilli əhalinin yaşadığı istənilən yerə qarşı Rusiya genişmiqyaslı müharibəyə başlaya bilər. Ona görə də indiki situasiyada bütün vasitələrdən istifadə edərək hərbi əməliyyatları dayandırmaq lazımdır. Bu gün böyük destabilizasiya və yeni obyektlərin ələ keçirilməsi ssenarisi reallaşdırılır. Bunlar isə bizim ölkənin müxtəlif yerlərində terror aktları gerçəkləşdirilməklə baş tutacaq”./axar/
735 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber