Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2015

Rusiyanı ağır günlər gözləyir

“Moody’s” beynəlxalq reytinq agentliyi Rusiya ÜDM-nin 2015-ci ildə 5,5 faiz aşağı düşəcəyini proqnozlaşdırıb.

“BBC”-nin verdiyi xəbərə görə, bundan əvvəl, yanvarın 9-da Fitch beynəlxalq reytinq agentliyi Rusiya ÜDM-nin 2015-ci ildə 4 faiz, inflyasiyanın isə 8,5 faiz səviyyəsində olacağın açıqlamışdı.

Bundan əvvəl Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bəyan etmişdi ki, 2015-ci ildə neftin bir barelinin qiymətinin 45 dollar səviyyəsində qalacağı təqdirdə Rusiyanın ÜDM-i 4-5 faiz aşağı düşəcək.

Qeyd edək ki, Londonun ICE qitələrarası birjasında yanvarın 15-də “Brent” markalı neftin bir barelinin qiyməti 47,67 dollar təşkil edib.

Dünya Bankı Rusiyanın ÜDM-nin 2015-ci ildə 2,9 faiz aşağı düşəcəyini proqnozlaşdırıb.
663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi