Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

18 yaşlı oğul anasının canına qıydı

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb.
1995-ci il təvəllüdlüHeydərli Heydər Bayram oğluaralarında baş verən ailə münaqişəsi zamanı anası, 1976-cı il təvəllüdlü Heydərova Məhsəti Vaqif qızını bıçaqlayıb.
Qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası, qara ciyərin kəsilməsi, daxili qanaxma diaqnozu ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Məhsəti Heydərova əməliyyat olunub. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Anasını bıçaqlayan Heydər Heydərli isə evdən qaçıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirirlər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
1922 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
16.01.17, 12:03
Öskü