Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2015

İrəvan erməni ailəsini öldürən rus əsgərlə bağlı Rusiya ilə razılığa gəldi

Ermənistan Rusiya tərəfi ilə Gümrüdə bir ailənin 6 üzvünün qətlində ittiham olunan əsgər Valeri Permyakovun video çəkilişinə dair razılığa gəlib. “NEWS.am”-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan parlamentinin deputatı Zarui Posandjyan ölkə prokuroru Qevork Kostanyanla aparılan danışıqların yekunlarını açıqlayarkən bildirib.

Onun sözlərinə görə, deputat və aksiya iştirakçısı olmaqla Ermənistanın 2 nümayəndəsinə Rusiyanın 102 saylı hərbi bazasının ərazisinə girməyə imkan yaradılacaq. Burada onlar Valeri Permyakovun Ermənistan ərazisində olmasında əmin olmaq üçün video çəkiliş aparacaqlar.

Qeyd edək ki, Gümrüdə 6 nəfərdən ibarət ailənin qətlində ittiham olunan Rusiya əsgəri Valeri Permyakovun işi üzrə istintaqın gedişatından narazı olan və qatilin Ermənistandan Rusiyaya ötürüldüyünü güman edən etirazçılar və polis arasında toqquşmalar baş verib. Nəticəsində 3-ü polis olmaqla 12 nəfər xəsarət alıb./apa/
670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP