Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2015

İŞİD yaraqlıları İraqın qərbində 170 nəfəri oğurlayıb

"İslam Dövləti" terrorçuları İraqın qərbində 172 sakini oğurlayıb. Hadisə dünən Ənbar əyalətindəki Əl-Fəlluca şəhərində baş verib.
"İŞİD yaraqlıları Əl-Fəllucanın 172 sakinini İraqın təhlükəsizlik qüvvələrini dəstəkləyən "Əs-Səhva" üzvlərinə dəstək göstərməkdə ittiham edərək, qaçırıb", - ölkənin təhlükəsizlik qüvvələrindəki mənbədən bildiriblər. Oğurlanan şəxslərin taleyi məlum deyil.
İraqda "İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizə aparan "Əs-Səhva" hökumətyönümlü birləşmənin üzvləri fəaliyyət göstərir.
İŞİD yaraqlıları dəfələrlə "Əs-Səhva" tərəfdaşlarına, eləcə də birləşmənin üzvlərinə hücum ediblər.
649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı