Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2015

Şəhid ailəsi dözülməz vəziyyətdə yaşayır

Qarabağ Azadlıq Təşkilatı İdarə heyətinin üzvü Mahirə Muradova, mətbuat xidmətinin əməkdaşları Əzizə Muradova, Ələsgər Hacıyev Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küç, bina 24, mənzil 58 ünvanında yaşayan şəhid ailəsinə baş çəkiblər.

Ailə başçısı Səfər Bəyməmməd oğlu Lətifov 1994-cü ilin yanvar ayında Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olub. Həyat yoldaşı Sahibə Lətifova bu illər ərzində bütün əziyyətlərə dözüb, övladlarını çətinliklə böyüdüb, hazırda qızı, anası, nəvələri ilə birlikdə (cəmi 5 nəfər) acınacaqlı vəziyyətdə yaşayırlar. Sahibə xanım binalara suvermə şəbəkəsində texniki işçi kimi çalışır, 160 manat maaş alır, bir də şəhid ailəsi olduqları üçün 200 manat vəsait alırlar, başqa gəlir yerləri yoxdur. Çox kasıb vəziyyətdə yaşayırlar, ehtiyac üzündən banklara da borcları yaranıb. Yaşadıqları mənzil həm darısqal, həm də miskin vəziyyətdədir, hec bir təmiri yoxdur. Şəhid ailəsi ağır vəziyyətdədir, çıxılmazlıqdan bizə müraciət ediblər. Biz bu ailənin vəziyyəti ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova, Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqova müraciət edirik ki, bu ailəyə kömək etsinlər. Şəhid ailəsinə yardım etmək, kömək olmaq hamının borcudur. Şəhid ailəsinin bu vəziyyətdə yaşaması hamımız üçün təhqirdir. QAT Mətbuat Xidməti
642 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:43