Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2015

İstanbul terrorunu azərbaycanlı törədib

Yanvarın 6-da Sultan Əhməd camesində polis bölməsinə qarşı terror aktı reallaşdıran Diana Ramazanovanın ailəsi təsbit olunub.

“Layf Nyus” xəbər verir ki, Ramazanova Dağıstan Respublikasının Dərbənd şəhərində doğulub. Ailəsi Moskvaya gəldikdən sonra mağazada çalışan Ramazanova internet vasitəsilə İdris adlı şəxslə tanış olub. İlkin araşdırmalar zamanı məlum olub ki, İdris İstanbulda yaşayırmış. Təxminən 6 ay əvvəl Ramazanova onunla evlənərək Türkiyəyə köçüb.

İdris adlı şəxsin İŞİD üçün terrorçu toplayan biri olduğu ehtimal edilir.

Həbsxanada olan Ramazonovanın ögey atası Maqomed “Layf Nyus”a verdiyi açıqlamada fərqli məlumat verib:

“Anasının telefonuna baxdım. Dianadan mesaj gəldi. Türkiyədə evləndiyini və yoldaşının çeçen əsilli Sərdar olduğunu dedi”.

Daha sonra Ramazanova hadisədən bir ay əvvəl hamilə olduğunu deyərək ailəsini İstanbula dəvət edib.

Bildirilir ki, Ramazanovanın anası Rayzanat qızının fotoşəklini tanıyıb. DNT testi üçün anadan qan nümunəsi alınıb. Nümunələr həm Rusiya, həm də Türkiyədə araşdırılacaq./axar/
783 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<