Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2015

Ərəbistan öz istehsalı olan İŞİD-ə görə “Çin səddi” çəkir

Səudiyyə Ərəbistanı İraqla sərhədində İŞİD-ə qarşı divar hörəcək.

Uzunluğu min kilometr olacaq divar ölkənin şimalında, Turaif və Hafar Əl Batin şəhərləri arasında olacaq. Divarın Əl Qaidə terror təşkilatından qorunmaq üçün ölkənin cənubuna - 1609 kilometrlik Yəmən sərhədlərinə kimi uzanacağı planlaşdırılır.

Böyük Çin səddini xatırladan nəhəng divarın təxminən 3,4 milyard dollara başa gələcəyi hesablanıb. Hazırda isə sərhəd təhlükəsizliyi 5 mərtəbəli məftil hörgülər, müşahidə qüllələri, radarlar və gecə görünüşlü kameralar sistemi ilə təmin edilir.

Xatırladaq ki, ötən həftə Səudiyyə Ərəbistanının İraq sərhədində İŞİD terrorçuları ilə Səudiyyə əsgərləri arasında silahlı qarşıdurma yaranıb. Şiddətli qarşıdurmada aralarında general Oudah Belavi də olmaqla üç zabit həlak olub. Məhz bu hadisədən sonra Səudiyyə Ərəbistanı İraq sərhədini "İŞİD səddi" ilə bağlamaq qərarına gəlib.
780 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP