Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2015

İŞİD üzvü Şahbaz Süleyman 49 türkün necə azad edildiyini açıqladı

İraqın Mosul şəhərində girov götürülən Türkiyə Baş Konsulluğunun 49 üzvünün necə sərbəst buraxıldğını açıqlayıb.

Virtualaz.org saytı xəbər verir ki, İngiltərənin “Times” qəzetinə danışan 19 yaşlı İngiltərə vətəndaşı Şahbaz Süleyman türk girovların onlarla dəyişdirildiyini deyib.

O, girovların qaytarılması prosesinin İŞİD-lə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) arasında baş tutduğunu iddia edib.

İŞİD üzvü Türkiyənin Şanlıurfa şəhərində əksəriyyəti çeçen olan 35 nəfərlə birlikdə saxlanıldıqlarını, sonradan 49 türk girovla dəyişdirildiklərini bildirib. O, ümumilikdə 49 türkə qarşı 200 İŞİD üzvünün sərbəst buraxıldığını deyib.

Hazırda Suriyanın Raqqa şəhərində olan Şahbaz Türkiyə sərhəddinə gətirildikləri zaman “artıq sərbəstsiniz” deyərək buraxıldıqlarını qeyd edib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin “Mosuldakı türklər İŞİD üzvləri ilə dəyişdirilibmi?” sualına cavabında belə deyib: “Tutaq ki, belə bir dəyişiklik olub. Əsas olan vətəndaşların sağ-salamat ailələrinə qayıtmasıdır. Əsas olan budur”.

Qeyd edək ki, Türkiyənin Mosuldakı Baş Konsulluğu ötən ilin iyul ayında İŞİD-in əlinə keçmişdi. Konsulluğun 49 əməkdaşı girov götürülmüşdü.
755 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24