Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Tərlan Ağadadaşovun həyatının məsuliyyəti Penitensiar Xidmətin üzərindədir

Xəbər verdiyimiz kimi, Bakı İstintaq Təcridxanasında saxlanılan hicab məhbusu Tərlan Ağadadaşovun səhhəti ağırlaşıb

Həkimlər məhbusun əməliyyat olunmasını məsləhət görsələr də Ədliyyə Nazirliyi buna razılıq verməyib. Bu barədə hicab məhbusunun vəkili Zaman Səmədov məlumat verib. Vəkil onu da bildirib ki, Ədliyyə Nazirliyinin müvafiq strukturlarının rəhbərlərinə, o cümlədən nazirin özünə məktubla müraciət etsə də, hələlik cavab verilməyib: “Tərlan Ağadadaşovun qaraciyəri ilə bağlı səhhətindəki problemlərə görə əməliyyat keçirilməli idi. Buna görə də o, Mərkəzləşmiş Hospitala göndərilməlidir. Bununla bağlı Bakı İstintaq Təcridxanasının (Kürdəxanı) baş həkimi Qurban bəylə danışdım. O dedi ki, ”bu barədə Penitensiar Xidmətə müraciət etmişik və cavab gəlib ki, əməliyyata zərurət yoxdur. Konkret olaraq, bu mövzuda hamı məsuliyyəti bir-birinin üzərinə atır. Tərlanın səhhəti ağırdır və getdikcə də ağırlaşır. Onun bədəni şişib, təcili əməliyyat olunmalıdır". Vəkil sözlərinə onu da əlavə edib ki, ədliyyə naziri Fikrət Məmmədova, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə, ombudsman Elmira Süleymanovaya, baş prokuror Zakir Qaralova teleqram göndərsə də, hələ ki cavab almayıblar.

Məsələ ilə əlaqədar DEVAMM sədri İlqar İbrahimoğluya müraciət etdik. Müsahibimiz də XeberLent.az informasiya agentliyinə açıqlamasında bunları dedi:“DEVAMM olaraq, bu halı insan haqlarının kobud surətdə pozulması kimi qiymətləndiririk. Təqsirləndirilən şəxs olaraq, Tərlan Ağadadaşovun penitensiar xidmətin səhiyyə müəssisələrində müalicə almaq, bu, kifayət etməsə - digər zəruri tibbi yardımlar almaq hüququ var. Biz, əlaqədar qurumlara müraciətlə, təqsirləndirilən şəxsin hüquqlarının təmini istiqamətində təxirəsalınmaz addımların atılması üçün çağırış edirik. Nəzərə çatdırırıq ki, Tərlan Ağadadaşovun həyat və sağlamlığının məsuliyyəti, Penitensiar Xidmətin məsullarının üzərindədir.”

Xatırladaq ki, T. Ağadadaşov 2012-ci il oktyabrın 5-də baş verən “hicaba azadlıq” aksiyasında həbs olunub. Nərimanov Rayon Məhkəməsi onun barəsində 5 il 6 ay azadlıqdan məhrumetmə haqda qərar verib./İslamazeri/
1683 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber