Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Yanvar 2015

Bəşər Əsəd Ərdoğana "kukla" dedi

Suriya prezidenti Bəşər Əsəd ölkəsində Ərdoğan hakimiyyətini terrora dəstək verməkdə ittiham edib.

Çexiyanın "Literarni Noviny" qəzetinə verdiyi müsahibədə Bəşər Əsəd Ərdoğan hakimiyyətinin ABŞ-ın müttəfiqi deyil, "kukla"sı olduğunu deyib.

ABŞ-ın indiyə qədər İŞİD-ə qarşı əməliyyatlarda ciddi olmadığını deyən Bəşər Əsəd Türkiyə höküməti ilə yanaşı Qatar və Səudiyyə Ərəbistanının da ABŞ-ın kuklası olduğunu bildirib: "ABŞ İŞİD-ə qarşı mübarizədə ciddi oldğunu sübut etmək istəyirsə, bu ölkələrin terrora dəstək verməsinin qarşını almalıdır".

Rusiya ilə Qərb arasındakı münasibətlərin yaxşılaşmasının Yaxın Şərqdə sülhun əldə olunmasına müsbət təsir edəcəyini deyən Suriya prezidenti ölkəsində davam edən müharibənin hər şeydən əvvəl suriyalıların həll etməli olduğunu sözlərinə əlavə edib./ans/
722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber