Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2015

Dakarda Fransanın bayrağını yandırdılar

Seneqalda “Charlie Hebdo” jurnalında Məhəmməd peyğəmbərin karikaturalarının dərc edilməsinə qarşı aksiyada etirazçılar Fransanın bayrağını yandırıblar.

“Rosbalt”-ın verdiyi xəbərə görə, paytaxt Dakar şəhərinin mərkəzi məscidi yaxınlığında toplaşan etirazçılar Fransa səfirliyinə yürüş ediblər. Nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, yanvarın 16-da Əlcəzairdə “Charlie Hebdo” və Fransa əleyhinə mitinq keçirilib, Nigerdə isə etirazçılar Fransanın mədəniyyət mərkəzinin binasını yandırıblar.
663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP