Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2015

Rusiya təyyarəsinə görə Avropa təlaşa düşdü

Rusiya təyyarələri yenə Avropa səmasında görünüb.

Polşa Hərbi Hava Qüvvələrlərinin Miq-29 qırıcıları Baltik dənizinin üzərində Rusiyanın İl-78 təyyarəsini ələ keçirmək üçün havaya qalxıb.

Rus təyyarələrinə xəbərdarlıq edilib. İl-78 təyyarəsi ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Litvada Polşanın dörd Miq-29 qırıcısından başqa İtaliya Hərbi Hava Qüvvələrlərinin də dörd "Tayfun" qırıcısı keşik çəkir. Bundan başqa Baltikyanı ölkələrin Hava Hücumundan Müdafiəsini Danimarka Hərbi Hava Qüvvələrlərinin dörd F-16 qırıcısı da qoruyur.

Onu da bildirək ki, son aylar Rusiya təyyarə və qırıcıları tez-tez Avropa səmasında görünür.
663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber