Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2015

İlahiyyatçı Elşən Mustafaoğlunun yeri bilindi

Həbs olunmuş ilahiyyatçı barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb, hazırda MTN-in təcridxanasında saxlanılır

Dekabrda həbs olunan, ancaq barəsində heç bir məlumat verilməyən QMİ-nin əməkdaşı, ilahiyyatçı Elşən Mustafaoğlunun saxlanıldığı yer bəlli olub. APA-nın məlumatında görə, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu ilə görüşüblər.
Bu barədə agentliyə məlumat verən E. Behbudov bildirib ki, E.Mustafaoğlu ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub: “O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Lakin özünü təqsirli bilmir”.
Qeyd edək ki, tanınmış ilahiyyatçı Elşən Mustafaoğlu bir neçə ay əvvəl QMİ-də işə başlamışdı. Ötən ilin dekabrında mətbuatda E.Mustafaoğlunun MTN tərəfindən 3 gün saxlanıldıqdan sonra barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məlumat yayıldı. Ancaq həmin vaxt MTN-in ictimaiyyətlə əlaqələr mərkəzi onlarda E.Mustafaoğlunun saxlanılması ilə bağlı hər hansı məlumatın olmadığını bildirmişdi. Maraqlıdır ki, E.Mustafaoğlu barədə 4 aylıq həbs qərarı verən Səbayel Rayon Məhkəməsi də adıçəkilən şəxs barədə məhkəmə qərarının olmadığını bildirmişdi.

Elşən Mustafaoğlu Azərbaycanda kifayət qədər tanınmış ilahiyyatçı və ictimai xadimdir. Bu səbəbdən onun həbs xəbəri şok effekti verib, sosial şəbəkələrdə gedən müzakirələrdə onun həbsi ilə bağlı bir çox fikirlər yayılıb. Lakin qəribə də olsa rəsmi qurumlar onun həbsi ilə bağlı heç bir açıqlama vermədi. Bu səbəbdən onun hansı səbəbdən həbs olunduğu, harda saxlanıldığı ilə bağlı dəqiq bilgi yoxdur. İndi isə məlum olur ki, ilahiyyatçıya qarşı ən ağır maddələrdən biri ilə cinayət işi açılıb.

Qəribədir ki, E.Mustafaoğlunun sonuncu iş yeri olan QMİ də onun həbsi ilə bağlı hər hansı açıqlama vermək istəmir. Ötən gün növbəti dəfə QMİ-nin mətbuat katibi Rəhimə Dadaşovaya bu barədə sual ünvanlasaq da, sualımız cavabsız qaldı. Bizə gələn məlumata görə, E.Mustafaoğlunun ailəsi mətbuata danışmaq istəmir. Ailədən bildiriblər ki, mətbuata heç bir açıqlama olmayacaq. Həmçinin ailənin tutduğu vəkil mətbuatdan qaçır, mətbuata heç bir açıqlama verilməməsini ailəyə tapşırıb.

KƏNAN
752 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.16, 16:11