Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2015

OMON-un əfsanəvi komandiri: “Bir tikə çörəksiz qalmışam”

“Bir tikə çörəksiz qalmışam. Məni heç bir yerə işə götürmürlər. Fəxri fərmanlarına və xidmətə görə təşəkkürlərə baxmayaraq, xidməti təqaüddən məhrum olmuşam”. Bunu Xüsusi Təyinatlı Polis Dəstəsinin keçmiş komandiri Nizami Şahmiradov Haqqin.az saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, dəfələrlə prezidentə müraciət etsə də, XTPD adı onu hər yerdə izləyir: “Axı, 20 il keçib! Bu, artıq tarixdir. Əgər cinayət eləmiş olsam belə, cəzamı çəkmişəm, 17 il həyatımdan silinib. Baxmayaraq ki, heç bir cinayətim olmayıb. Ailənin yeganə qazanc gətirəni oğlumdur. O yazıq, bizə baxmaq üçün vurnuxur. Həyat yoldaşımın gözləri tutulub, cəmi 52 yaşı var. Uzun illərin sınağı öz işini gördü – o, diabet qazandı və gözləri tutuldu. Əgər heç bir yerə işə götürmürlərsə, mən bu ölkədə necə yaşayım? Evimi satdım, Abşeronun qəsəbəsinə köçdüm. Bütün ehtiyatımızı xərcləmişik. Dostların ianəsi ilə yaşamaq istəmirəm, belə tərbiyyə almamışıq”.

OMON-un əfsanəvi komandiri: “Bir tikə çörəksiz qalmışam”
745 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı