Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2015

Suriya qırıcıları İdlibə bomba yağdırıb

Suriya hərbi hava qüvvələrinin təyyarələri müxalifət silahlılarının İdlib əyalətinin müxtəlif rayon və qəsəbələrindəki mövqelərinə şiddətli aviazərbələr endirib.

İnterAz-ın Suriya mətbuatına istinadla verdiyi xəbərə görə, aviazərbələr silahlılarının Əbu-Zuhur, Kəfar-Təxarim, Bənniş, Ərmənaz rayon və qəsəbələrinə endirilib. Burada müxalifət qruplaşmalarının mövqeləri ilə yanaşı, yerli sakinlərin bir neçəsinin evi dağılıb.

Suriyada qarşıdurmalar digər əyalətlərdə də davam edib. Məlumata görə, "İŞİD" ötən gün Hələbin Kobani şəhəri ərazisində əks hücuma keçib. Lakin, burada müttəfiqlər onların iki tankını vurub və bir neçə texnikası kürdlərin əlinə keçib.

Suriya ordusunun hərbi təyyarələri cənubda yerləşən Dəra əyalətində qruplaşmaların Dirul-Ədas rayonundakı mövqelərinə aviazərbələr endirib.

Ölkənin şimal-şərqində Laziqiyyədə, cənubda Qunaytara əyaləti, eləcə də, Livanla sərhəddə yerləşən əl-Qəlamun yüksəklikləri də qarşıdurmaların şahidi olub.

 

794 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.1