Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Bakıdan qaçan polis mayoru xaricdə ölüm aclığına başladı

Azərbaycandan qaçan polis mayoru bu gün BMT-nin Kiyevdəki nümayəndəliyinin binası qarşısında quru aclıq aksiyasına başlayıb.

Virtualaz.org saytı Ukrayna qaynaqlarına istinadən xəbər verir ki, özünü siyasi məhbus kimi təqdim edən polis mayoru Emin Əhmədbəyov ölüm aclığı aksiyasına diqqəti ailəsinin müdafiəsinə cəlb etmək üçün başlayıb. Onun sözlərinə görə, ailəsinin təhlükəsizliyini təmin etmək üçün BMT-nin nümayəndəliyinə bir neçə dəfə müraciət edib. Lakin onun xahişinə rədd cavabı veriblər.

E.Əhmədbəyov deyib ki, o və ailəsi 11 aydır Ukraynaya sığınıblar və BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığında siyasi mühacir kimi qeydiyyata alınıblar. Buna baxmayaraq BMT nümayəndəliyi ailəyə heç bir kömək göstərmir, üstəlik müntəzəm olaraq hədələyir.

“Bizə müntəzəm olaraq hədələr daxil olur ki, əgər jurnalistlərlə ünsiyyətimizi kəsməsək, piketlər keçirsək, bizimlə bütün təmasları kəsəcəklər” - deyə mayor bildirib.

E.Əhmədbəyovun sözlərinə görə, BMT-nin Ukraynadakı nümayəndəliyi qaçqınların ünvanlarını yayır və artıq onunla ailə üzvlərini oğurlamağa cəhd göstərilib. Bildirilir ki, ailəyə tez-tez hədə zəngləri və SMS-ləri daxil olur.

Qeyd edək ki, E.Əhmədbəyov Azərbaycanın Daxili İşlər Nazirliyi ilə məhkəmə çəkişməsindən sonra ölkəni tərk edib. O, nazirlikdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edib.

E.Əhmədbəyovun həyat yoldaşı Nigar Əhmədbəyova da polis işçisi olub və DİN-in poliklinikasında işləyib. O, ərinə qarşı təzyiqlərlə bağlı Bakıda bir neçə dəfə mətbuat konfransları təşkil etmişdi. Ailə daha sonra Azərbaycanı tərk edərək Ukraynaya sığınıb. Bir neçə ay əvvəl Əhmədbəyov Ukrayna hüquq-mühafizə orqanlarının onları Azərbaycana təhvil verməyə cəhd etdiyi barədə yerli mətbuata açıqlama vermiş və kömək istəmişdi. (azadliq.info)
1976 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi