Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2015

«Özümüzü öldürmək həddindəyik»

Göyçay rayon sakini Qurban Adıgözəlov torpaq problemindən yazır. Bildirir ki, bu sahə ona 1999-cu ildə aparılan torpaq islahatı zamanı verilib: "Bizim ailəyə məxsus pay torpağını Göyçay rayon torpaq şöbəsinin müdiri Nofəl Fərzəliyev və Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri Üsaməddin Osmanov saxta yolla başqasının adına rəsmiləşdiriblər. Göyçay rayon Aqrar İslahatlar Komissiyasının 28 Avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə qanuni qaydada bizim ailəyə 0.75 hektar torpaq sahəsi verilib. N.Fərzəliyev rüşvət alıb bizim ailənin torpağını saxta sənədlərlə Zahir Səbzəliyev adlı Bakı şəhər sakininə verib". Q.Adıgözəlov məsələ ilə bağlı məhkəməyə müraciət edərək iddia qaldırdığını əlavə edib.

Şikayətçinin sözlərinə görə, məhkəmədə çəkişmələri 1 il beş ay davam edib: "Bu müddət ərzində məhkəmə baxışı zamanı 3 dəfə ekspertiza keçirilib. Məhkəmə ekspertizasının 25.11.2013-cü il tarixli 18464 saylı, 17.03.2014-cü il tarixli 868 saylı və 14.08.2014-cü il tarixli 9144 saylı ekspert rəyləri ilə təsdiq edildi ki, həmin 0.75 ha pay torpaq sahəsi qanuni qaydada bizə məxsusdur. Və Z.Səbzəliyev tərəfindən zəbt edilib. Bütün qanuni sənədlərə, ekspertlərin verdiyi rəylərə baxmayaraq Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri hakim Üsaməddin Osmanov Göyçay rayon torpaq şöbəsi müdirinin saxta sənədini əsas gətirərək iddiamızı təmin etmədi. Torpaq sahəmizin cavabdeh Z.Səbzəliyevə məxsus olmasına dair 13 Yanvar 2015-ci il tarixdə qanunsuz qətnamə çıxartdı".
"Sual olunur, bəs nə üçün təkrar-təkrar 3 dəfə məhkəmə ekspertizası keçirilməsinə dair məhkəmə qərar çıxarır? Qərar qəbul edərkən nəyə görə məhkəmə ekspertizasının mötəbər sənədini əsas gətirmir? Ədalətsiz çıxarılan bu qərar ailədə hər birimizi sarsıdıb. Bu qədər açıq-aşkar haqsızlıq, qanunsuzluq, özbaşınalıq olmaz" - deyə şikayətçi məktubunda qeyd edir.
Q.Adıgözəlov məsələ ilə bağlı ölkə rəhbərliyinə və hüquq mühafizə orqanlarına müraciət edib.
"Məhkəmənin müstəqil olmasını hakim Ü.Osmanov özbaşınalıq kimi başa düşüb. Özümüzü öldürmək həddindəyik. Mətbuat vasitəsi ilə Prezidentə müraciət edib ondan Şəki İnzibati-İqtisadi Məhkəməsinin hakimi Üsaməddin Osmanovun və Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin müdiri Nofəl Fərzəliyevin barəsində müvafiq tədbirlər görməsini və zəbt edilmiş pay torpağımızı özümüzə qaytarmaqda bizə köməklik göstərməsini xahiş edirik" - deyə Q.Adıgözəlov qeyd edir.
Şikayətçinin sözlərinə görə, məhkəmə prosesində sözügedən komitənin hüquqşünası da iştirak edərək, etirazını bildirərək həmin torpaq sahəsinin Q.Adıgözəlova məxsus olduğunu deyiblər: "Ancaq buna baxmayaraq, hakim N.Fərzəliyevin əlində olan saxta sənədi daha üstün tutdu və qərarı onların xeyrinə çıxardı".
"1999-cu ildə rayon sakinlərinə torpaq payı verilib. 1999-cu ildə komitənin nümayəndəsi torpaq sahəsinin bölgüsünü edərkən əhali arasında narazılıq vardı. Bu səbəbdən qərar çıxarılaraq, yüzdən çox ailənin torpaq ərazisi, sənədləşmə işləri dəyişdirildi. Başqa yerdən torpaq payı verildikdən sonra bəziləri o torpaq sahəsindən istifadə etdilər. Lakin həmin yeni torpaq sahələrinə sənəd ala bilmədiklərinə görə, sakinlər yenidən öz köhnə torpaq paylarının geri qaytarılmasını tələb etdilər. Q.Adıgözəlova aid torpaq sahəsini bir müddət Kürdəmir rayon sakini istifadə etdiyindən Q.Adıgözəlovu məhkəməyə verdi. Lakin məhkəmə ekspertizası, araşdırması ilə nəticədə Q.Adıgözəlova bəraət verildi və sözügedən torpaq sahəsinin ona məxsus olduğu bildirildi" - deyə Cəyirli Bələdiyyəsinin nümayəndəsi Fuad Nəbiyev "Bizim Yol" qəzetinə bildirdi.
F.Nəbiyevin sözlərinə görə, sonuncu məhkəmə prosesi Şəki İqtisad məhkəməsində baş tutub. Bu məhkəmə prosesində isə hakim cavabdeh tərəfin xeyrinə qərar çıxarıb: "Bildiyimə görə, hələ ki, sonuncu məhkəmədən qətnamə hələ verilməyib. Qətnamə verildikdən sonra Q.Adıgözəlov və ümumiyyətlə onun kimi bu problemlə üzləşən vətəndaşlar da apellyasiya şikayəti verə bilərlər"./bizimyol/
717 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:15