Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2015

İslamçı məhbusların "kars" müddəti fevrala qədər uzadıldı

Məhkumların yaxınlarına da onlarla görüşməyə icazə verilmir

14 saylı "zon"da baş verən məlum hadisədən sonra, məhkumlara verilən işgəncələr səngimək bilmir. Məhkumlar aylarla "kars"da saxlanılır.

Bu barədə islamazeri.az-a özəl mənbədən məlumat verilib. Bildirilib ki, Rza Ağalı və İlham Hətəmov gələn aya qədər "kars"da saxlanılacaqlar.

14 saylı "zon"da baş verən məlum hadisədən sonra, Azərbaycanda ədliyyə sistemində özbaşınalıqların son qoyulması üçün münasib şərait yaradılıb. Bu hadisədən sonra həbsxana işçilərinin məhkumlarla ədalətli davranmaları gözlənilsə də, bu gözləntilər heç də həqiqəti əks etdirməyib.
Xəbər verdiyimiz kimi, 14 saylı cəzaçəkmə müəssisəsində məhkum Elşad Babayevin qətlindən sonra, müəssisəyə xüsusi təyinatlılar yeridilib və məhkumlar kütləvi şəkildə döyülüblər.

Daha sonra döyülən məhkumlardan bir neçəsi vərəmli məhkumlar üçün nəzərdə tutulan müalicə müəssisəsinə və başqa həbsxanalara köçürülüblər. Həmçinin, qeyd olunan həbsxanada bir çox məhbuslar, o cümlədən, islamçı məhbuslar Rza Ağalı və İlham Hətəmova işgəncə verilərək 15 gün müddətinə karserə salınıblar.

Bu barədə rəsmi məlumat olmasa da, baş verən proseslər əsl həqiqəti sübut etməyə köməklik edir.

Rza Ağalı və İlham Hətəmov fevralın 7-nə qədər "kars"da saxlanılacaqlar.

Qeyd edək ki, 14 saylı CÇM-dən "Tubzon"a aparılan baş redaktor Araz Quliyev və hicab məhbusu Anar Qasımlı da adı çəkilən müəssisədə karserdə saxlanılır.
583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı