Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

“Telefon zənglərinin ardı-arası kəsilmir”

İtkin düşmüş gənc dindarın anası: “Telefon zənglərinin ardı-arası kəsilmir”

İtkin düşmüş gənc dindar, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədovun anası Samirə Məmmədova noyabrın 20-də “Facebook” şəbəkəsinin istifadəçilərini çaşdırıb. O, Asimin profilinə girərək, status paylaşıb. Statusda “Yox, yox, bu Asim deyil, bu, onun yolunu gözləyən valideynidir” yazıb. Statusa yazılan şərhlərdən görünür ki, çoxları bunun Asimin özü olduğundan şübhələnib.

“Media forum” saytı Samirə Məmmədova ilə əlaqə saxlayıb. O bildirib ki, Asim Məmmədovdan hələ heç bir xəbər yoxdur. Samirə Məmmədova deyib ki, oğlunun səhifəsinə girib və həmin statusu yazıb: “Bu statusdan sonra telefon zənglərinin ardı-arası kəsilmir. Asimin dostları zəng edir, mesaj yazırlar”.

Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, “Facebook” şəbəkəsində belə bir status da yazıb: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”. Asim Məmmədovun yaxınları onun itkin düşməsi ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət ediblər.

Asim Məmmədov “Facebook” şəbəkəsində fəal olan dindar gənclərdən biri kimi tanınır. O, bu il aprelin 1-də Nardaranda keçirilmiş aksiyaya görə 12 sutka müddətinə həbsdə saxlanıb.
2125 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı