Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2015

Güləş yarışlarında inqilabi islahatlar aparılıb

Güləş yarışları zamanı döşək, pəhləvanlar və hakim geyimlərinin rəngi dəyişdiriləcək. Bu barədə Dünya Güləş Birliyinin (UWW) İsveçrənin Lozanna şəhərində keçirilmiş Büro İclasında qərar qəbul olunub.
İlk dəfə 1972-ci il Münhen Yay Oimpiya Oyunlarından tətbiq olunan ənənəvi sarı və qırmızı rəngli güləş döşəkləri tünd-göy və narıncı rəngliləri ilə əvəzlənəcək. Yeni rənglər teleyayım zamanı tamaşaçı zövqünü oxşamaq məqsədilə seçilib. Hazırda göy və qırmızı rəngli trikolarla çıxış edən güləşçilər vahid dizaynlı formaya keçəcəklər. Bu addım isə daha gənc auditoriyaya hesablanıb. Nəhayət, kostyum və qalstukla görüşləri idarə edən hakimlər indi polo koynək və şalvarda olacaqlar. Hazırda üzərində işlənilən bu qaydalar sərbəst, yunan-Roma və yunan-Roma güləşinə tətbiq olunacaq. Yekun qərar il ərzində qəbul olunacaq.
Büro üzvləri eyni zamanda Kosovonun UWW-yə müvəqqəti üzv kimi qəbuluna səs veriblər. Nəhayət, qitələr üzrə güləş qurumlarının UWW - Afrika, UWW - Şimali Amerika, UWW - Cənubi Amerika, UWW - Asiya, UWW - Avropa və UWW - Okeaniya kimi adlandırılmasına səs verilib.
803 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP