Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Yanvar 2015

“Mən Şarliyəm” yazan qəzeti bağlandı

İran İslam hökuməti bu gün “Mərdume Emruz” həftəlik qəzetin nəşrinə qadağa qoyub.

Qəzetə qadağa qoyulmasının səbəbi Fransada söz azadlığı və “Şarli Hebdo” jurnalının redaksiyasının dəstəklənməsi əlaməti kimi səsləndirilən “Mən Şarliyəm” şüarının manşetə verilməsi olub.

Qəzet ön səhifədə Corc Klunun şəklini verib və “Mənb Şarliyəm” şüarını yazıb.

Qeyd edək ki, bu şüarı ilk dəfə Hollivud aktyoru tədbirlərin birində səsləndirib.

Xatırladaq ki, “Şarli Hebdo” fransız satirik həftəlik jurnalı Məhəmməd peyğəmbərin karikaturasını dərc etdirdikdən sonra terrorun obyektin çevrilimişdi.
702 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...