Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2015

Kanadada atışma: 2 polis güllələndi

Kanadanın Alberta əyalətində naməlum şəxs iki polis əməkdaşına atəş açıb. Ağır güllə yaraları almış asayiş keşikçiləri xəstəxanaya yerləşdirilib. “RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə CTV telekanalı məlumat yayıb.

İnsident polis əməkdaşları Sent Albert şəhərində yerləşən qolf klubunda istintaq tədbirləri apararkən baş verib.

Atəş açan şəxs hadisə yerini tərk edib. Cinayəti törətməkdə ağdərili 25-30 yaşlı kişi şübhəli bilinir. Onun müəyyən edilib saxlanılması istiqamətində əməliyyat aparılır./apa/
744 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:12