Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2015

Uşaqları amansızca öldürənlər yaxalandı

Ötən ay Pakistanda Peşavər məktəbinə edilmiş qanlı basqınla əlaqədar 5 nəfər şübhəli həbs edilib.

Bu barədə Əfqanıstan rəsmiləri xəbər yayıb.

Onlar bildiriblər ki, bu şəxslərin Peşavər şəhərindəki Ordu Orta Məktəbinə basqında iştirak etdikləri düşünülür.

Xəbər verilir ki, hamısı əcnəbi olan bu beş nəfər Əfqanıstanın Pakistanla şərq sərhəd bölgəsində həbs edilib.

Xatırladaq ki, ötən il dekabrın 16-da törədilmiş qətliam üçün məsuliyyəti öz üzərinə həm Əfqanıstan, həm də Pakistanda fəal olan Taliban götürüb.

Həmin terror aktı zamanı əksəriyyəti məktəblilələr olmaqla 148 nəfər öldürülmüşdü.
784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber