Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2015

Fransada müsəlman ölümü

Fransada mərakeşli bir kişi vəhşicəsinə öldürülüb.

Fransanın cənub-şərqində yerləşən Voklüz şəhərinin Buset qəsəbəsində mərakeşli müsəlman biri qonşusu tərəfindən 17 bıçaq zərbəsi alaraq öldürülüb.

Fransa İslam Əleyhdarı Hücumları Rəsədxanası cinayətin müsəlman əleyhinə törədilmiş bir cinayət olduğunu açıqlayıb. Cinayət zamanı öldürülən Muhamməd Əl Maquli adlı şəxsin 47 yaşında olduğu bildirilir.

Psixi pozğunluğu olduğu iddia edilən 28 yaşlı cinayətkarın yaxalandığı və şizofren diaqnozu ilə psixi dispanserdə saxlanıldığı deyilir.

Fransa İslam Əleyhdarı Hücumları Rəsədxanası rəhbəri hadisəni törədən şəxsin cinayətdən əvvəl “mən sənin Allahınam, mən sənin islamınam” dediyini bildirib.
759 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25
İsraillil