Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2015

Niyaməddin Orduxanlıdan Vidadi İsgəndərliyi ağır sözlər

«Bu şəxs xəstədir və onun xəstəliyi gündən-günə şiddətlənir»

Xəbər verdiyimiz kimi, ötən gün hüquq müdafiəçisi Vidadi İsgəndərli BAXCP sədri Qüdrət Həsənquliyevi ağır şəkildə ittiham edərək, ondan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. İsgəndərli bildirmişdi ki, Qüdrət Həsənquliyevin evləri, villaları, bahalı maşınları ilə bağlı rəsmi qurumlardan izahat tələb edib.

Məsələ ilə bağlı Facebook səhifəsində açıqlama yayan BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı isə Vidadi İsgəndərlini xəstə adlandırıb. «Həbsxanadan çıxdıqdan sonra Vidadi İsgəndərli partiyanın qərargahında tez-tez gözə dəyib. Onun günün müxtəlif saatlarında BAXCP-nin qərargahında, o cümlədən qəbul otağında necə boynunu bükərək dayandığının çoxları şahidi olub. Bu müddət ərzində Vidadi İsgəndərli ilə təmasda olan insanlar yəqin etmişdilər ki, bu şəxs xəstədir və onun xəstəliyi gündən-günə şiddətlənir. Vidadi İsgəndərlinin xəstəliyinin şiddətləndiyi və bəzi qüvvələrin onu xəstəliyindən istifadə edərək partiyanın qərargahına məqsədyönlü şəkildə göndərdiyi bəlli olduqdan sonra bu şəxs BAXCP-nin qərargahından birdəfəlik qovuldu».

Orduxanlı iddia edir ki, bütün bunlara şübhə ilə yanaşanlar Vidadi İsgəndərli ilə 5 dəqiqə ünsiyyətdə olmaqla buna əmin ola bilərlər. «Qüdrət Həsənquliyevi ittiham edən Vidadi İsgəndərli yaxşı olardı ki, “lənətlədiyi” iqtidarın dövründə, 15 il ərzində “canla-başla” xidmət etdiyi prokurorluq orqanlarından qovulduqdan sonra hansı vəsaitlə yaşadığına aydınlıq gətirsin»./jam/
758 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...