Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2015

Qasim Süleymaninin yaralanması xəbəri yalan çıxdı

Rəsmi Tehran İran İnqilabı Keçikçilər Korpusunun (Sepah) “Qüds” qüvvələrinin komandiri general Qasim Süleymanin yaralanması ilə bağlı yayılan xəbərləri təkzib edib.

İnterAz-ın "İRNA" agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə İranın xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Əmir Abdullahiyan açıqlamasında bildirib.

İran rəsmisi generalın hazırda İranda olduğunu qeyd edib.

Qeyd edək ki, iranlı general Qasim Süleymani İraq ordusuna tabe olan könüllü briqadaların "İŞİD"lə mübarizədə əldə etdikləri nailiyyətlərdə təsirli rola malik olub.

Ötən gün bəzi İraq portalları generalın Samirra ətrafında gedən döyüşlərdə yaralandığını iddia etmişdilər.
756 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber