Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

"Bölgədə murdar it sayılan sionist rejimi"

İsrail bölgədə zor gücünə qurulub, zorla gələn isə bir gün mütləq gedəcək – Ayətullah Xamenei
“Avropalıların İsraili dəstəkləmələri biabırçılıqdır.”

SalamNews-un İran mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Ali Dini Lider Ayətullah Seyyid Əli Xamenei yerli “Bəsic” təşkilatı komandirlərinin qarşısındakı çıxışında bildirib.

Ayətullah Xamenei nüvə danışıqlarının sonuncu mərhələsində Fransanın İsrailin hiylələrinə uyduğunu deyib və İsraili dəstəkləməyi avropalılar üçün biabırçılıq adlandırıb. O, sionist rejiminə heyvan adını belə verməyin mümkün olmadığını söyləyib: “Deyirlər ki, İran digər ölkələrə hücum etmək istəyir. Bölgədə murdar it sayılan sionist rejimi İranın dünya üçün təhlükə olduğu qənaətindədir. Dünya üçün təhlükə isə məhz bu rejimin özüdür. Onlar dünyaya yalnız şər gətiriblər. Bu rejim bölgədə zor gücünə qurulub. Zorla qurulan heç nə uzunömürlü ola bilməz.”
2156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber