Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2015

"ABŞ Ukraynada ikinci Əfqanıstan yaradır"

Kiyevə 2015-ci il maliyyə ilində “Ukraynanın azadlığına dəstək” Aktına əsasən 350 milyon dollarlıq hərbi yardım göstərilməsi Avropanın mərkəzində yeni Əfqanıstan yaradacaq.

Bunu siyasi şərhçi Dmitri Babiç öz məqaləsində yazıb.

“Rusiya ilə münasibətlərdə Obama administrasiyası “yaxşı polis-pis polis” taktikasını yeritməyə başlayıb. ABŞ Senatının sözügedən qanunu qəbul etməsindən bir neçə gün sonra dövlət katibi Con Kerri bildirdi ki, Rusiya əleyhinə tətbiq olunmuş sanksiyaların əsl hədəfi beynəlxalq normaları bərpa etməkdir. Elə həmin gün Ağ Evin mətbuat katibi Coş Ernst bildirdi ki, Obama həftənin sonuna kimi Ukrayna ilə bağlı sərəncam imzalamalıdır. Burada baxılan yeganə məntiq, təzyiq məntiqidir”, - politoloq deyib.

Babiçin sözlərinə görə, bu strateji təzyiqin iki problemi mövcuddur:
“Birincisi, hələ məlum deyil ki, Rusiya sanksiyaların dayandırılması üçün Ukraynada nə etməlidir. İkincisi də, Kiyevə hərbi yardımın göstərilməsi Minsk razılaşmasını təhlükə altında qoyur və Ukraynanı konfliktin hərb yolu ilə həllinə itələyir. Amerika konqresmenləri də istəyir ki, Rusiya Kiyevin yeni hökuməti ilə heç nə paylaşmaq istəməyən Ukraynanın şərqindəki 3 milyon insandan üz çevirsin”.

Onun sözlərinə görə, Obama “Ukraynanın azadlığına dəstək” Aktını qəbul etməklə özünü kifayət qədər məsuliyyətsiz apardı.

“Bu, Ukraynada sülhə gətirib çıxarmayacaq. Bu, Avropanın mərkəzində yeni Əfqanıstan yaradacaq”, - Babiç bildirib./ans/
873 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber