Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Noyabr 2013

Milli Şura yeni mitinqlərə start verir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) prezident seçkilərinə dair yekun hesabatı yanvar ayında açıqlayacaq. Bu hesabat Milli Şuranın iş planına müəyyən təsiri olacağı istisna edilmir. Təbii ki, yekun hesabat qabağı müəyyən dərəcədə də olsa cəmiyyətdə aktivliyin artması Milli Şura üçün arzuolunan hal olardı. C.Həsnlinin ABŞ səfəri noyabrın 22-sində sona çatacaq. Qurumun üzvləri artıq yaxın günlərdə mitinqlərin də olacağını istsna etmirlər.
Milli Şuranın iş gündəliyi barəsində “Deyerler.org”a açıqlama verən Milli Şuranın üzvü, C. Həsənlinin seçki qərərgahının sədri Gülağa Aslanlı bildirib ki, noyabrın sonunda və ya dekabrın ilk ongünlyündə mitinqlərin keçirilməsi barəsində müzakirələr aparılacaq: “Bütün bu kimi məsələlərə aydınlıq gəlməsi üçün Cəmil Həsənlinin Amerika səfərinin bitməsini gözləyirik. Yəqin ki, C. Həsənli gəldikdən sonra Milli Şuranın sessiyası da olacaq. Kütləvi tədbirlər haqqında müzkirələrə də məhz o zaman başlanacaq. Yəqin ki, noyabrın sonunda, ya da dekabrın ilk ongünlyündə mitinqlərin keçirilməsi barəsində müzakirələr olacaq.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yekun rəyi əvvəlki rəyindən fərqlənməyəcək. Bizim Avropa Şurasının yanvar ayında olan yekun rəyindən daha çox gözləntimiz var. Onun da yekunda dəyişəcəyini düşünürük. Çünki Avropa Parlamenti də öz ilkin rəyini dəyişərək ATƏT-in DTİHB-nun rəyini əsas götürdü”.
2254 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP