Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Yanvar 2015

ABŞ-ın neft şirkətləri iflas həddində

Dünya bazarında neftin ucuzlaşması neft istehsal edən ölkələrlə yanaşı ABŞ-a da sərf etmir.

Son aylarda neftin 2 dəfə ucuzlaşması fonunda ABŞ-ın hasilatla məşğul olan şirkətlərin bir qismi işlərini dayandırmaq məcburiyyətində qalıb.

Səbəb isə hasil olunan neftin maya dəyərinin indiki qiymətlərlə müqayisədə iqtisadi baxımdan sərfəli olmamasıdır.

Ötən ilin oktyabrında neftçıxarma platformalarının sayı 1609 idisə, indi onların sayı 1366-ya enib.

Ən böyük ziyan nisbətən kiçik şirkətlərə dəyib.

Qeyd edək ki, son aylarda neftin qiyməti iki dəfə ucuzlaşıb və hazırda barreli təxminən 50 dollar civarındadır./ans/
701 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber