Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

5 nəfər vacib addım kimi edam olundu

İndoneziyada 1 nəfəri əcnəbi olan 5 nəfər narkotik maddələrin istifadəsi va satışına görə edam olunub. Niderland kralı Villem Aleksandr ölkəsinin vətəndaşı Aenq Kem Suinin əfv olunması üçün İndoneziya hökümətinə vəsatət qaldırsa da, onun bu müraciəti təmin olunmayıb.

Yerli hökümət bu cəzanın narkotik maddələrin yüksələn alveri ilə mübarizə üçün vacib addım olduğunu əsas gətirib. Bundan başqa Niderlandlı məhbusun vəkili edam qərarının icra olunduğu yerə buraxılmayıb.

Edamlarla əlaqdar Niderland krallığı öz səfirini İndoneziyadan geri çağırıb. Analoji diplomatik addımı Braziliya höküməti də atıb. Belə ki, İndoneziya prezidenti Coko Vidodo Braziliyalı həmkarı Dilma Rouseffin son anda əfv üçün göndərdiyi vəsatəti təmin etməyib.

Hazırda İndoneziya həbsxanalarında narkotik maddə qaçaqmalçılığı ilə bağlı azı 47 xarici ölkənin vətəndaşını ölüm cəzası gözləyir./ans/
707 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi