Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

“İonesyana görə qisas aldım”

Ermənistanın Gümrü şəhərindəki 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakovun Avetisyan ailəsinin 6 üzvünü güllələyib öldürməsinin motivi bəlli olub.

Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsindən bildiriblər ki, bu kütləvi qətliamın motivi Vladimir İonesyan adlı seriya qatilin törətdiyi cinayətlərə görə qisas almaq istəyi ilə bağlı olub.

V.İonesyan 3 uşağı (11 yaşlı moskvalı Aleksandr Liseovetsi, 12 yaşlı moskvalı Konstantin Sobolevi və İvanovo şəhər sakini Mixail Kuleşovu), 2 qadını (İvanovo sakini olan 74 yaşlı qadını və 46 yaşlı Mariya Yermakovanı) öldürüb. Erməni residivist İvanovo şəhərinin 15 yaşlı sakini Qalina Petropavlovskayanı zorlayandan sonra onu da öldürməyə cəhd etmişdi.

Son istintaq zamanı V.Permyakov bildirib ki, V.İonesyanın öldürdüyü İvanovo sakini Mixail Kuleşov onun yaxın qohumudur. Rus əsgərin sözlərinə görə, qohumu Mişa Kuleşovun öldürülməsi bir vaxtlar ona çox ağır təsir etmiş, bu qətldən sarsılmışdı.

Onu da yada salaq ki, V.İonesyan bütün qanlı cinayətlərini balta ilə törətmişdi./virtualaz/
877 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı