Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

İŞİD uşaqlardan sui-istifadə edir

İŞİD terrorçu qrupları öz mənafelərinin təbliği istiqamətində yaydığı sənədli film və foto şəkillərlə azyaşlı uşaq və gənclərdən sui-istifadə edir.
Nur-az.com-un Fars Agentliyinə istinad etdiyi məlumatda onların hətta uşaqları belə güddükləri məqsədlərə cəlb etmələri artıq real bir hal aldığı vurğulanır. Belə ki, yaydıqları bir çox film və foto şəkillərdə azyaşlı uşaqların həmin dəstələrə qoşulub, onların qəddar hərəkətlərində iştirak etdiyi müşahidə olunur.
İngiltərənin «Daily Star» qəzeti son altı ay ərzində yayılan filmləri nəzərə alaraq belə yazır: "Qəddarlıq hallarının uşaqlar arasında geniş yayılması danılmaz faktdır və demək olar, özünün son həddinə çatıb..."
Misal üçün, həmin filmlərin birində azyaşlı bir gənc əlinə aldığı silahla qarşısında dizə çökdüyü iki nəfərə atəş açaraq İŞİD-in amansızlıqlarını nümayiş nümayiş etdirir. Verilən kadrlara əsasən, guya, bu iki şəxs Rusiyaya cəsurluq etdiklərinə görə qətlə yetirilir.
BMT-nin «UNICEF» üzrə mətbuat katibi Cefri Bits İraqda baş verən hadisələrə belə rəy bildirib: "Uşaqların belə sərt və qəddarlıqlara cəlbi və iştirakı onların əhval-ruhiyyələrində çox ciddi psixi pozuntular yaradacaq və ölkəni gələcəkdə dərin ictimai problemlərlə üz-üzə qoyacaq." O, bunu da qeyd edib ki, İŞİD-in belə fraqmentləri yayaraq uşaqları cəlb etməkdə məqsədi indidən gələcək planları üçün qüvvə toplamaqdır.
Məsələn, onların yaydığı həmin kadr və şəkillərdə azyaşlı oğlan uşaqların əldə silah İŞİD-in bayrağı kənarında durduqları, yaxud niqablı qız uşaqlarının oyuncaq sursatla silahlandırıldıqları müşahidə olunur.
UNICEF-in ORTA ASİYA üzrə nümayəndəsi İmən əl-Təmimi isə belə bildirib: "İŞİD öz varlığını qoruyub saxlamaq üçün uşaqlardan zəruri bir vasitə kimi istifadə edir və bunu sonrakı nəsillərə ötürmək cəhdindədir."
Yayılan materiallar bir fakt olaraq göstərir ki, terrorist dəstələri ətrafında formalaşan İŞİD hər bir qrupdan özünə havadar toplamaqla nəsilbənəsil tutduğu missiyanı yaşatmaq əzmindədir.
1343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı