Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

Hövsandakı kütləvi aksiyada bir nəfər öldü - FOTO

Hövsan kəndində kütləvi aksiya keçirilir. Buna səbəb 118 saylı orta məktəbin direktoru Qardaşxan Kərimovun hərəkətləri və dediyi sözlərdir. 

Direktorun kənd camaatını, xüsusilə də şagirdlərin valideynlərini təhqir etdiyi bildirilir.  Yerli sakinlər reportyorumuza danışıblar ki, hər şey dərslərin boş keçməsinə görə yaranıb. Şagirdlər məktəb direktorundan dərsə gəlməyən müəllimin başqası ilə əvəz olunmasını xahiş ediblər, o isə şagirdlərə belə cavab verib: "Atanız evdə olmayanda sizə başqa kişi gəlib atalıq edir?" Bu söz övladları həmin məktəbdə təhsil alan hövsanlıların hiddətinə səbəb olub və onlar bu gün səhər saatlarında məktəbin qarşısına yığışaraq aksiya keçirib, Q.Kərimova etirazlarını bildiriblər. Aksiya zamanı Əliyev Elmar Rəcəbəli oğlu ad-soyadlı Hövsan sakininin halı pisləşib və o, dünyasını dəyişib.

Hazırda hövsanlılar kəndin icra nümayəndəliyinin qarşısında toplanaraq aksiya keçirirlər, Q.Kərimovun cəzalandırılmasını tələb edirlər.

 

595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...