Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
Salam.Bəzən televiziyada, yaxud hər hansı bir şəbəkələrdə, yaxud da videolarda hicabsız və ya yarı hicabsız qadınların simalarını göstərirlər. Onu da qeyd edək ki, bu kimi verilişlər hicabı təbliğ etmək və hicabsızlığın mənfi təsirlərini camaata açıqlamaqdır. Sual budur ki, əgər belə qadınlar sonradan tövbə edərlərsə, onda göstərilən bu verilişləri hazırlayanlara günah deyilmi? Sizcə bizim İslamdan əvvəl və ya elə indi hər hansı bir qüsurumuzu belə göstərsələr, haqqımızı halal edərikmi? Allah razı olsun.
Ad: Xatirə, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Cavab:

Bismillahir-rəhmanır-rəhim
Günah və saymamazlığın yayılmasına səbəb olan bu cür proqramları hazırlamaq icazəli deyildir. Buna əsasən, bu cür proqramlar hazırlayanlar harama mürtəkib olublar, hər halda bu qadının vəzifəsi tövbə və istiğfar etməkdir.
720 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber