Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Yanvar 2015

Hizbullahın təcilli cavab zərbəsi çox şiddətli olacaq!

Nur-az.com-un farsnews-a istinadən verdiyi xəbərdə bildirilir ki, Hizbullahın cavab zərbəsi endirəcəyini bildirən strateji məsələlər üzrə ekspert deyib ki, Hizbullah tezliklə bu əməliyyata layiqli cavab verəcək və özü də çox şiddətli olacaq. Çünki İsrail tərəfi elə güman edir ki, hal-hazırda Hizbullahın başı üç cəbhədə – Suriyanın, İraqın və Livanın daxilindəki hadisələrdə rol oynayan təkfirçi qüvvələrlə döyüşə qarışıb. Halbuki Hizbullahın gözü heç vaxt düşmən sionist rejimdən yayınmır.
Məndə olan məlumata görə, Hizbullahın ali-hərbi komandir və zabitləri Livanın cənubunda işğal olunmuş məntəqələrə yaxın olan sərhəd üzrə hərbi düşərgələrdə hazır vəziyyətdədirlər və heç vaxt oranı tərk etmirlər. Suriyada döyüşən dəstələr isə Hizbullahın yeni və ikinci dərəcəli qüvvələri sayılır. Sionist rejimin Qüneytirə qəsəbəsinə endirdiyi zərbə çox səhv addım olduğundan öz layiqli cavabını alacaq və rejim bunu zaman keçdikcə daha yaxşı anlayacaq.
Hizbullah qoşunlarının sərhəd boyu hazır vəziyyətə gəlməsi işğal olunmuş ərazilərdə yerləşən yəhudi kütləni qorxu və vəhşətə salıb, sığınacaqlara pənah aparmaq üzrədirlər. İsrailin öz ekspert və siyasi icmalçıları da qəti bildirirlər ki, Qüneytirəyə hücum cavabsız qalmayacaq. Odur ki, dövlətin siyasi orqanları arasında ixtilaf baş alıb və böhran vəziyyət yaşanır.
888 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber